Akademik fəaliyyətlər
Akademik fəaliyyətlər
Akademik məsləhət xidmətləri: Tələbələrə dərs seçimi, fərdi tədris planlarının hazırlanması və akademik hədəflərin müəyyənləşdirilməsi üzrə dəstək və istiqamətləndirici məsləhətlər təqdim olunur.

Dərs hazırlığı və texnikaları: Tələbələrə effektiv öyrənmə metodları, vaxtın idarə olunması strategiyaları və imtahanlara hazırlıq texnikaları öyrədilir.
Daha ətraflı
Sosial fəaliyyətlər
Sosial fəaliyyətlər
Tələbə klubları: tələbələrin maraqlarına və ixtisaslarına uyğun müxtəlif klublar yaradılır. Bu struktur tələbələrin sosiallaşması və eyni maraqları paylaşan insanlarla əlaqə qurması üçün vahid platforma xidmətini təmin edir.

Tədbirlər və festivallar: müxtəlif mədəni, idman və sosial tədbirlər, festivallar və bayramlar təşkil edilir. Bu tədbirlər tələbələrin bir-biri ilə tanış olmasına, şəbəkələşməsinə şərait yaradır.
Daha ətraflı
Elmi fəaliyyətlər
Elmi fəaliyyətlər
Tədqiqat layihələri və qrantlar: tələbələrə tədqiqat layihələri hazırlamaq üçün dəstək göstərilir və müxtəlif tədqiqat qrantları haqqında məlumatlar təqdim edilir.

Elmi seminarlar və konfranslar: tələbələr üçün elmi seminarlar, konfranslar və simpoziumlar təşkil edilir. Bu tədbirlər tələbələrin öz elmi işlərini təqdim etməsi və digər tədqiqatçılarla əlaqə qurması üçün imkan yaradır.
Daha ətraflı
Digər xidmətlər
Digər xidmətlər
Psixoloji dəstək və məsləhətlər: Tələbələr üçün müvafiq adaptasiya proqramları həyata keçirilir. Stres, depressiya və digər emosional problemlərlə mübarizə məqsədi ilə həyata keçirilən psixoloji dəstək tədbirləri tələbələrin ümumi rifahını təmin etməyi və psixoloji sağlamlığını qorumağı hədəfləyir.
Daha ətraflı