Tələbələrlə iş mərkəzi

Tələbələrlə iş mərkəzi

Ümumi məlumat
Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzi, tələbələrin öz sahələrində peşəkar kadr kimi yetişməsini dəstəkləyir.

Mərkəz, onların ixtisaslaşdıqları sahələrdə inkişafını təşviq edir və yeni nəsil liderlər kimi yetişməsini hədəfləyir.

Tələbələrlə İş Mərkəzi, “Tələbələrlə İş” strategiyasını həyata keçirərək, tələbələrin yüksək nəzəri biliklərə, zəruri praktiki bacarıqlara və müasir dünyagörüşünə sahib olmasını təmin edir.

Eyni zamanda, tələbələrdə korporativ mədəniyyətin formalaşması, onların sosiallaşması, dünyagörüşünün zənginləşməsi və vətənpərvərlik hisslərinin inkişafına xüsusi önəm verir.

Mərkəz, tələbələrin universitet həyatına adaptasiyasını dəstəkləyir və onların universitetdə mövcud resurslardan, xidmət imkanlarından faydalanmasını təmin edir.

Həmçinin, tələbələrin şəxsi inkişafını təşviq edir və onları yerli və beynəlxalq tədbirlərdə, müsabiqələrdə fəal iştiraka yönəldir.

Mərkəz heyəti