Humanitar və sosial elmlər fakültəsi

Humanitar və sosial elmlər fakültəsi

Ümumi məlumat
Humanitar və sosial elmlər fakültəsində dörd ixtisas üzrə (Beynəlxalq münasibətlər, Hüquqşünalıq, Psixologiya, və Tarix) bakalavriat səviyyəsində mütəxəssis hazırlığı həyata keçirilir.

Fakültədə dünyanın nüfuzlu ali təhsil müəssisələrindən məzun olmuş, elmi və pedaqoji təcrübəyə malik və iş dünyasından olan peşəkar professor-müəllim heyəti fəaliyyət göstərir.

Qabaqcıl beynəlxalq təcrübə və qlobal əmək bazarının tələblərinə uyğun dizayn edilmiş interdissiplinar təhsil proqramları vasitəsilə tələbə mərkəzli, səriştə əsaslı və nəzəriyyələrin praktiki tətbiqini dəstəkləyən akademik mühit təklif edilir.

Fakültənin əsas məqsədi ixtisasına dərindən yiyələnmiş, zəruri təcrübi hazırlığı olan, yüksək mədəniyyət və sosial məsuliyyət hissinə malik vətəndaş yetişdirməkdir.

Fakültə heyəti