Xəbərlər
Qarabağ Universitetinin aliminin məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda çap olunub
oktyabr 03, 2025
Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Teaching english in post-soviet Kazakhstan” adlı məqaləsi Almaniyanın nüfuzlu “International Journal of the Sociology of Language” jurnalında nəşr olunub.
Dünyada tanınmış De Gruyter Brill nəşriyyatına məxsus olan jurnal Scopus və Web of Science kimi nüfuzlu elmi bazalarda indekslənib və Q1 kvartilində yer alıb.
Məqalədə post-sovet dövründə Qazaxıstanda həyata keçirilən dil siyasəti, dil planlaşdırması məsələləri, həmçinin milli dil və ingilis dilinin tədrisi zamanı üzləşilən çətinliklər ətraflı şəkildə təhlil edilir.
Qeyd edək ki, sözügedən tədqiqat dil siyasətinin tətbiqi və dil tədrisinin aktual problemlərinin araşdırılması baxımından əhəmiyyətli hesab edilə bilər.