Qarabağ Universitetində şəhid ailəsi üzvü və müharibə iştirakçıları ilə görüş keçirilib

sentyabr 27, 2025
Qarabağ Universitetinin rektoru Şahin Bayramov şəhid ailəsi üzvü və müharibə iştirakçıları ilə görüşüb.

Görüşdə Qarabağ Universitetinin tələbələrindən şəhid bacısı Aysel Mehralıyeva və 2023-cü il antiterror əməliyyatlarının iştirakçısı İlqar İsgəndərli, əməkdaşlardan 44 günlük Vətən müharibəsinin iştirakçısı Zahir Əvəzli və Birinci Qarabağ müharibəsinin iştirakçısı Tərlan Qarayev iştirak ediblər.

Görüşdə Vətən uğrunda canından keçmiş şəhidlərimiz dərin hörmət və ehtiramla anılıb.

Qeyd edilib ki, tarixi Zəfər yolunda qəhrəman şəhidlərimizin və qazilərimizin göstərdikləri şücaət gənclərimiz üçün ən yüksək vətənpərvərlik nümunəsidir. Qarabağ Universiteti ailəsində belə tələbə və əməkdaşların təmsil olunmasının qürurverici olduğu vurğulanıb. Səmimi formatda davam edən görüşdə rektor tələbə və əməkdaşlara təhsil və əmək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra xatirə şəkli çəkdirilib.

Daha çox Xəbərlər