Qarabağ Universitetinin rektoru Şahin Bayramov VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

iyun 25, 2025
Qarabağ Universitetinin rektoru Şahin Bayramov ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib.

“Formal təhsil hüdudlarından kənar: sürətlə dəyişən dünya ilə ayaqlaşan təhsilə doğru” (Beyond Schooling: Education for a Rapidly Changing World) mövzusuna həsr olunan konfransın açılışında elm və təhsil naziri Emin Əmrullayev çıxış edib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov “How to Create or Reform University: Leadership Perspectives” mövzusunda panel müzakirələrdə çıxış edərək Qarabağ Universitetinin strateji hədəfləri barədə danışıb. Rektor yeni universitet quruculuğunun xüsusiyyətlərini diqqətə çatdıraraq ADA Universiteti təcrübəsindən faydalanıldığını bildirib.

Qeyd edək ki, konfransa 7 ölkədən 230-dan çox iştirakçı qatılıb.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22213-1

Daha çox Xəbərlər