Xəbərlər
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək!
iyun 04, 2025
Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə VII Türk Dövlətləri Türkoloji Yay Məktəbi keçiriləcək.
Yay məktəbi 2025-ci ilin 10-17 avqust tarixində Xankəndi şəhərində baş tutacaq.
Qarabağ Universitetində keçiriləcək Yay məktəbi Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı mövzularına həsr olunub.
Yay məktəbinin əsas məqsədi iştirakçıların mövzular üzrə nəzəri və praktiki biliklərini artırmaq, elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək və yeni əməkdaşlıq imkanlarını təşviq etməkdən ibarətdir.
Yay məktəbində Türk tarixi, Türk düşüncə və incəsənət tarixi, Türk dili və ədəbiyyatı, antropologiya, kulturologiya və arxeologiya sahələrində fəaliyyət göstərən və tədqiqat aparan 35 yaşadək doktorantlar və alimlər iştirak edə bilərlər.
Tədrisin Türk dilində aparıldığı Yay məktəbində iştirakla bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaqdır.
Son müraciət tarixi: 15 iyun 2025-ci il
Ətraflı məlumat və qeydiyyat: https://summerschool2025.tuba.gov.tr/