Qarabağ Universitetinin rektoru Şahin Bayramovun iştirakı ilə Gəncə şəhərində abituriyentlər üçün təbliğat görüşü keçirilib

may 30, 2025
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun iştirakı ilə Gəncə şəhərində abituriyentlər üçün Qarabağ Universitetinə tələbə qəbuluna dair növbəti təbliğat görüşü keçirilib.

Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə keçirilən görüşdə 350-dən artıq abituriyent və onların valideynləri iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında abituriyentlərə universitetin tədris proqramları, imkanları və qəbul qaydaları haqqında ətraflı məlumat verib. Rektor universitetin peşəkar professor-müəllim heyəti, müasir infrastruktur və tələbələr üçün yaradılmış geniş sosial-mədəni mühit barədə danışıb. Şahin Bayramov həmçinin tələbələrin gələcək karyeraları üçün universitetdə əldə ediləcək bilik və bacarıqların əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda iştirakçılara Qarabağ Universiteti ilə bağlı məlumatlardan ibarət materiallar paylanıb və abituriyentlərə qəbul prosesi ilə bağlı əlavə məsləhətlər verilib.

Daha çox Xəbərlər