
Xəbərlər
Qarabağ Universitetində F.Listin əsərlərindən ibarət piano musiqisi axşamı keçirilib
Qarabağ Universitetinin İncəsənət fakültəsində istedadlı pianoçu Aynur Abdullayevanın “Kölgələrdən Sonsuzluğa” adlı fortepiano musiqisi axşamı keçirilib.
Konsert proqramında dünya musiqi tarixinin əfsanəvi siması, macar bəstəkarı
Ferens Listin məşhur əsərləri səsləndirilib. Aynur Abdullayeva dinləyicilərə
Listin “Mephisto waltz”,
“Transcendental etude”, “Spanish
Rhapsody”və Lüdviq Van Bethovenin “Symphony
№: 7 (II hissə. Allegretto)” əsərini Ferens List transkripsiyasında ifa edib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov konsertin yekununda çıxış edərək
bu cür tədbirlərin gənc nəsildə klassik musiqiyə marağın artırılmasında mühüm
rol oynadığını vurğulayıb və Aynur Abdullayevaya dəyərli təşəbbüsünə görə təşəkkürlərini
bildirib.