Qarabağ Universitetində FHN tərəfindən nümunəvi dərs keçirilib

mart 12, 2025

Qarabağ Universitetində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin mülki müdafiə və fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərinin artırılmasına, təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Nümunəvi dərsdə Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha çox Xəbərlər