
Xəbərlər
Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə
Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin
olunub.
Samir Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb
Universitetində, 2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb
təhsili alıb. 2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura
üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə
proqramı üzrə təhsilini davam etdirib.
S.Babayev iyirmi ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində,
Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında
yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.
Çoxsaylı elmi əsərlərin müəllifi olan Samir Babayev bir
sıra nüfuzlu tibbi assosiasiyaların üzvü və rəhbəri olaraq fəaliyyət göstərib,
müxtəlif təqaüdlərə və fəxri mükafatlara layiq görülüb.