İqtisadiyyat fakültəsinin dekan müavini Murad İsgəndərov KOBİA tərəfindən elan olunan 6-cı qrant müsabiqəsinin qalibi olub

yanvar 21, 2025

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekan müavini Murad İsgəndərov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsinin qalibi olub.
M.İsgəndərov müsabiqədə “Qarabağın gənc sahibkarları” adlı layihə ilə iştirak edib. Layihənin məqsədi “Böyük Qayıdış proqramı” çərçivəsində işğaldan azad olunan ərazilərimizə köçürülən və köçürüləcək gənclərin bilik və bacarıqlarını biznesə yöəltməklə iqtisadi və ictimai həyatda önəmli rol almaları üçün biznes və sahibkarlıq məntiqinin formalaşdırılmasına kömək etmək və yeni məşğulluq imkanlarının yaradılmasıdır.

Daha çox Xəbərlər