
Xəbərlər
Müsabiqədənkənar qaydada Qarabağ Universitetinə qəbul olunan ilk tələbəmiz Atilla Muradlı Braziliyada ölkəmizi təmsil edib
sentyabr 10, 2024
Müsabiqədənkənar qaydada Qarabağ Universitetinə qəbul olunan ilk tələbəmiz Atilla Muradlı Braziliyada keçirilən 60-a yaxın ölkədən 250-dən çox məktəblinin iştirak etdiyi Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edib.
Ənənəvi olaraq hər il təşkil olunan Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası mötəbər elm olimpiadaları arasına daxildir. Nəzəriyyə, məlumatların analizi, teleskoplardan istifadə və digər raundlardan ibarət olan olimpiadanın qalibləri medal və fəxri adlarla təltif olunurlar.
Qeyd edək ki, Atilla Muradlı həmçinin, Lütfi Zadə adına Respublika Məntiq Olimpiadası, Respublika Fənn Müsabiqəsi, Respublika Astronomiya və Astrofizika Müsabiqəsi, Respublika Fənn Olimpiadaları qalibi və mükafatçısıdır.