
Xəbərlər
Qarabağ Universitetinin "Hüquqşünaslıq" ixtisasının təhsil proqramı və məzmunu üzrə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında müzakirə təşkil olunub
iyul 16, 2024
Görüşdə Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Vəkillər Kollegiyasının Baş katibi Bayram Orucov və Vəkillər Kollegiyası Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədov iştirak ediblər.
Görüş zamanı "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alacaq tələbələrin Azərbaycan Respublikası Vəkillər Kollegiyası və bürolarında praktiki təcrübə imkanları, Qarabağ Universitetində yay və qış məktəbləri, eləcə də məhkəmə icraatı üzrə simulyasiyaların təşkilinə dair mövzular müzakirə edilib.