Tələbə Gənclər Təşkilatı

Ümumi maraqlar və könüllülük prinsipi əsasında formalaşan Tələbə Gənclər Təşkilatının əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.   

Təşkilatın əsas vəzifələri tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi, tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, tələbələrin hüquqlarının təmin edilməsi, respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi və bu qəlibdən işlər görməkdir.   

Qarabağ Universitetində Tələbə Gənclər Təşkilatı 2024-cü ilin noyabr ayında yaradılıb. Təşkilatın üzvləri tələbələr arasında aparılan səsvermə və müsahibə əsasında seçilib.   

Təşkilat üzvləri: 

• Səfərli İlyas Elgiz oğlu - Sədr, İqtisadiyyat fakültəsinin Mühasibat ixtisası 2-ci tədris ili tələbəsi 
• Məmmədova Aynur Elmar qızı - Sədr müavini, İqtisadiyyat faküləsinin Maliyyə ixtisası 2-ci tədris ili tələbəsi 
• Daşdəmirova Fidan Fizuli qızı - Sədr müavini, Hüquqşünaslıq ixtisası 1-ci tədris ili tələbəsi 
• Allahverdiyev Təyyar Fərzənd oğlu - Sədr müavini, Humanitar və sosial elmlər fakültəsi Hüquqşünaslıq ixtisası 2- ci tədris ili tələbəsi