
Rəhbərlik
Rüstəm İsgəndərli
Maliyyə və təsərrüfat işləri üzrə prorektor
Rüstəm Vaqif oğlu İsgəndərli 1989-cu il noyabrın 24-də Şamaxı şəhərində anadan olub. 1995-ci ildə Şamaxı şəhər E.Hüseynov adına 2 Saylı tam orta məktəbin rus bölməsinə qəbul olub və 2006-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib. 1995-2006-cı illərdə Şamaxı şəhər 2 Saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat - Maliyyə Kredit fakültəsinə daxil olub, 2010-cu ildə fərqlənmə diplomu ilə bitirib. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavriat, 2015–2019-cu illərdə Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alıb.
Maliyyə sahəsində 10 ildən çox təcrübəyə malikdir və ölkənin bir çox şirkətlərində (Aztelecom MMC, Modern Group of Companies - Alyans Tekstil, Şamaxı Rixos və Palace Hotelləri, Pmd Group) mühasib kimi fəaliyyət göstərib.
2017-2022-ci illərdə “Pmd Group” şirkətində maliyyə rəhbəri, Şamaxı Palace Hotelində baş direktor, direktorun əməliyyatlar üzrə müavini və maliyyə direktoru vəzifəsində fəaliyyətini davam etdirib.
2022-ci ildən Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğu nəzdində Ukrayna Şamaxı regional mərkəzinin direktoru və Fəxri Konsulun müşaviri kimi çalışıb. Daha sonra Baku Business Group İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.
Elm və təhsil nazirinin 7 noyabr 2024-cü il tarixli müvafiq əmri ilə Qarabağ Universitetinin Maliyyə və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.