Təhsil proqramları
Kompüter mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, İnşaat mühəndisliyi və Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasları üzrə bakalavriat proqramları nəzəri və praktiki fənləri əhatə edir.
Proqramlar müasir tələblərə, norma və qaydalara uyğun hazırlanmış, innovativ texnologiyaların tədris prosesində intensiv istifadəsi ilə müvafiq ixtisaslar üzrə bacarıqlı bakalavr hazırlığını təmin edir.
Bakalavr dərəcəsini almaq üçün minimum 240 AKTS toplamaq tələb olunur. Onlardan:
- İntensiv ingilis dili 1 (6 kredit)
- İntensiv ingilis dili 2 (6 kredit)
- Praktiki ingilis dili (6 kredit)
- Azərbaycan dilində kommunikasiya bacarıqları (6 kredit)
- Azərbaycan tarixi və mədəniyyəti (6 kredit)
- • İxtisasın məcburi fənləri bölümü – 180 kredit
- Hər biri 6 kredit olmaqla 25 fəndən ibarətdir
- • İxtisasın seçmə fənlər bölümü – 30 kredit
- Hər biri 6 kredit olmaqla 5 fənn blokundan ibarətdir
- • Təcrübə və layihə – 30 kredit
- Tədris təcrübəsi – 6 kredit
- İstehsalat təcrübəsi – 6 kredit
- Diplomqabağı təcrübə – 6 kredit
- Layihə işi – 6 kredit